Regionda gərginlik artır: İran zabitinin ölümü açıqlandı
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz kəşfiyyatının rəhbəri Behnam Rezainin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran dövlət televiziyası isə hadisənin başvermə yeri və səbəbləri ilə bağlı ətraflı məlumat verməyib.
Qeyd olunur ki, bu açıqlama daha əvvəl İsrail tərəfindən İİKK-nin dəniz qüvvələri komandanı Əlirza Tanqsiri və digər zabitlərin son hücumlar zamanı öldürüldüyünə dair səsləndirilən iddialardan sonra verilib.
Bildirək ki, Əlirza Tanqsiri 2018-ci ildən İİKK-nin dəniz qüvvələrinə rəhbərlik edirdi.
12:10 28.03.2026
Oxunuş sayı: 42