BƏƏ-də güclü qasırğa baş verib: Yolları su basıb
Şiddətli fırtına BƏƏ-yə leysan yağışlar gətirib. Nəticədə yollar və yaşayış məntəqələri su altında qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Şarja hava limanı sərnişinləri mümkün uçuş gecikmələri barədə xəbərdar edib və Əbu Dabinin mərkəzindəki bir neçə yaşayış məntəqəsi su altında qalıb.
Şəhər xidmətləri ölkə daxilində fırtınadan sonra təmizləmə işlərini davam etdirir.
Fırtınalı hava martın 25-dən bəri davam edir.
Hakimiyyət orqanları tədbirlərini gücləndirib: Milli Meteorologiya Mərkəzi martın 27-də dağlıq ərazilərdə daşqın riski barədə xəbərdarlıq edib və Şarja polisi sakinlərə mümkün qədər evdə qalmağı tövsiyə edib.
23:20 27.03.2026
Oxunuş sayı: 59