Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Kanada hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məhdudiyyətlər, İslam İnqilabı Keşikçiləri Korpusunun silah istehsalı üçün texnologiyaların alınmasında iştirak etdikləri iddia edilən beş şəxsə və dörd təşkilata şamil olunur.
Sanksiyalara daxil olanlar Kanada ərazisindəki aktivlərini donduracaq və bu şəxslərlə hər hansı kommersiya əməliyyatları qanunsuz sayılacaq.
22:05 27.03.2026
Oxunuş sayı: 41