Qallant: İranın əsas neft mərkəzi hədəf alınmalıdır
ABŞ Xarq adasını ələ keçirməlidir.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Yoav Qallant deyib.
O qeyd edib ki, belə bir əməliyyat genişmiqyaslı olacaq və minlərlə hərbçinin iştirakı, eləcə də davamlı hava və dəniz dəstəyi tələb edəcək.
Qallant həmçinin etiraf edib ki, mümkün əməliyyat itkilərlə nəticələnə bilər. Buna baxmayaraq, o hesab edir ki, bu risk strateji baxımdan qəbul edilə bilər.
Onun sözlərinə görə, belə bir addımın əsas yükü adaya çıxacaq ABŞ hərbçilərinin üzərinə düşəcək.

21:55 27.03.2026
Oxunuş sayı: 55