Livanda məktəbdə böyük bir silah anbarı aşkar edilib
Livanın cənubundakı Əl-Xiam məhəlləsindəki bir məktəb binasında yüzlərlə silah, o cümlədən tank əleyhinə raketlər, minaatan mərmiləri, qumbaralar və partlayıcı maddələr aşkar edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Silahlar BMT QAK-ın nişanlarının yaxınlığında tapılıb.
İsrail ordusu Hizbullah infrastrukturunun mülki binalarda yerləşdirildiyini və mülki şəxsləri təhlükəyə atdığını bildirib.
21:30 27.03.2026
Oxunuş sayı: 45