Avropa Parlamentinin üzvü İrana dəstək açıqlaması verdi
Avropa Parlamentinin belçikalı üzvü Mark Botenqa çıxışında İrana dəstək ifadə edərək Avropa İttifaqının (Aİ)siyasətini sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, Rusiyanın Ukraynaya hücumuna görə sanksiyalar tətbiq olunduğu halda, ABŞ-nin İrana qarşı hərbi addımlarına dəstək verilməsi ikili standartdır.
Deputat həmçinin qeyd edib ki, İsrailin Fələstin və Livan ərazilərindəki fəaliyyətlərinə qarşı eyni mövqe sərgilənmir.
Botenqa çıxışında Avropanın hazırkı siyasətini tənqid edərək, “bu gün Avropa yaxşılıq üçün güc deyil, cinayətə şərikdir” ifadəsini işlədib.
20:18 27.03.2026
Oxunuş sayı: 1569