İran ABŞ təhlükəsi fonunda səfərbərliyə başlayır
İran mümkün hərbi eskalasiya ehtimalına qarşı hazırlıq tədbirlərini gücləndirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin genişmiqyaslı quru əməliyyatı riski fonunda ölkədə bir milyondan çox vətəndaş səfərbər edilib.
Mənbə bildirir ki, zərurət yaranacağı halda səfərbərlik miqyası daha da artırıla bilər.
Eyni zamanda qeyd olunur ki, İran ordusu, SEPAH və yarıhərbi “Bəsic” qüvvələri gənclərdən könüllü qoşulmaq üçün çoxsaylı müraciətlər qəbul edir.
15:40 27.03.2026
Oxunuş sayı: 2069