Tramp İrana qoşun göndərməyi istisna etmir
Tramp İrana qoşun göndərməyi istisna etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının İrana quru əməliyyatı üçün göndərilməsini istisna etmədiyini bildirib.
Lakin Tramp bu ssenarini ətraflı müzakirə etmək istəmədiyini qeyd edib:
"Bu, çox yaxşı səbəblərə görə mümkündür. Və mən bunu deyəcəyəm: əgər biz bunu nə vaxtsa etsəydik, onlar o qədər məğlub olardılar ki, yerdə döyüşə bilməzdilər", - deyə Ağ Ev rəhbəri Air Force One təyyarəsində jurnalistlərə bildirib.
Tramp həmçinin İranla danışıqlarda heç bir marağının olmadığını qeyd edib və müharibənin yalnız Tehranın "işlək ordusu və ya rəhbərliyi qalmadıqda" bitə biləcəyini irəli sürüb.
15:00 08.03.2026
Oxunuş sayı: 1587