İran dronları Küveyt hava limanını vurdu – yanacaq çənləri zədələndi
Dünən İran dronlarının Küveyt beynəlxalq hava limanına hücum etdiyi və hava limanı ərazisində yerləşən yanacaq çənlərinə zərər vurduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində yanacaq anbarı yaxınlığında yanğın baş verib. Hadisə yerinə cəlb olunan xilasedici və yanğınsöndürmə qrupları alovu qısa müddətdə nəzarət altına alıblar. Hadisə zamanı insan itkisi qeydə alınmayıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı və BƏƏ də İran dronlarının onların ərazilərinə hücum etdiyini açıqlayıblar. Hər iki dövlət hücumlar nəticəsində maddi ziyanın yarandığını, ancaq insan itkisi olmadığını bildirib.
12:08 08.03.2026
Oxunuş sayı: 124