İran rəhbərliyində fikir ayrılıqları iddiaları artır
Jurnalist Mixail Qureviç Ekspertlər Məclisinin Müctəba Xameneinin atasının varisi kimi təyin edilməsi məsələsini müzakirə edən iclasın boykot səbəbindən faktiki olaraq baş tutmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ən azı 14 üzv iclasda iştirakdan imtina edib. Onların bu addımı SEPAH tərəfindən təzyiq göstərildiyi və qanunla müəyyən olunmuş prosedurların pozulduğu iddialarına etiraz kimi qiymətləndirilir.
Qeyd olunur ki, hazırda hakimiyyət daxilində açıq parçalanmadan danışmaq hələ tezdir, lakin bu hadisələrin və prezident Məsud Pezeşkianın son açıqlamalarının ölkə rəhbərliyində fikir ayrılıqlarının getdikcə daha açıq şəkildə üzə çıxdığını göstərdiyi bildirilir.
11:54 08.03.2026
Oxunuş sayı: 79