İran Ekspertlər Məclisində yeni lider üçün çoxluq formalaşıb
İran Ekspertlər Məclisinin üzvü, Qərbi Azərbaycan vilayətini təmsil edən Höccətülislam Müslimin Dirbaz keçirilən bir neçə iclasdan sonra yeni liderin seçilməsi ilə bağlı üzvlərin əksəriyyətinin dəstəyinin formalaşdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik səbəblərinə görə yekun qərar hələ rəsmi protokol şəklində rəsmiləşdirilməyib.
Dirbaz həmçinin qeyd edib ki, düşmən tərəflər Ekspertlər Məclisinin iclasını hədəfə alaraq çoxluğun formalaşmasının qarşısını almağa çalışır.
Məclis üzvləri əsasən “seyid” olan və ölkədə mövcud rəhbərlik xəttini davam etdirəcək bir namizəd üzərində razılığa gəliblər.
11:46 08.03.2026
Oxunuş sayı: 55