Tramp: Rusiyanın İranı dəstəklədiyinə dair əlamət görmürəm
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırkı münaqişədə Rusiyanın İranı dəstəklədiyinə dair hər hansı əlamət görmür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ prezidenti bu barədə "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında danışıb.
Tramp deyib:
“Rusiyanın İranı dəstəklədiyinə dair heç bir əlamət görməmişəm”.
O əlavə edib ki, əgər Moskva həqiqətən də Tehrana dəstək verirsə, bunu çox zəif şəkildə edir. Trampın sözlərinə görə, İran hazırda yaxşı vəziyyətdə deyil.
11:09 08.03.2026
Oxunuş sayı: 51