TƏCİLİ: SEPAH Azərbaycana XƏBƏRDARLIQ ETDİ
İrana bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycana qarşı ittiham xarakterli açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının “Telegram” kanalında dərc olunub. Bildirilir ki, SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü açıqlamasında İranın bölgədəki amerikalı və sionist qüvvələrlə genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, dost və qonşu ölkələrin təhlükəsizliyinə zərər gəlməməsi üçün çalışdıqlarını iddia edib.
Açıqlamada həmçinin qeyd olunub ki, Azərbaycan regionda qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün ölkədən “sionistləri çıxarmalıdır”.
SEPAH sözçüsü bildirib ki, əks halda bu vəziyyət həm Azərbaycanın öz xalqının, həm də İranın təhlükəsizliyini risk altına qoya bilər.
09:29 08.03.2026
Oxunuş sayı: 69