İranda məktəbdə ÖLÜMCÜL PARTLAYIŞ
İranın Minab şəhərində məktəblərin birində partlayış baş verib.
Hadisə zamanı təhsil müəssisəsində 175 nəfər, o cümlədən çoxlu uşaq olub.
Partlayış böyük ehtimalla ABŞ-nin hava zərbəsi nəticəsində baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Associated Press"(AP) məlumat yayıb.
Agentliyin təhlil etdiyi peyk görüntüləri göstərir ki, məktəbin böyük hissəsi xarabalığa çevrilib və ekspertlər strukturdakı zədələnməni dəqiq hədəflənmiş hava zərbəsi ilə uyğunlaşdırır.
ABŞ rəsmilərindən birinin AP-yə bildirdiyinə görə, zərbəni ABŞ hərbçiləri endirib.
Məlumata görə, məktəb Hörmüzqan vilayətində yerləşir, yaxınlıqda isə İslam İnqilabı Keşikçiləri Korpusunun bazası və dəniz briqadasının kazarmaları var.
ABŞ hərbçiləri əməliyyatlarını əsasən dəniz hərbi obyektlərinə yönəldiblər və bu bölgədə, məktəbin yaxınlığında bir zərbənin endirildiyini etiraf ediblər
22:31 07.03.2026
Oxunuş sayı: 92