İran çox əziyyət çəkəcək: Trampdan yeni açıqlama
ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran ciddi təzyiqlər fonunda Yaxın Şərqdəki qonşu ölkələrindən üzr istəməyə və onlara bir daha hücum etməyəcəyinə söz verməyə məcbur qalıb.
Trampın sözlərinə görə, bu vəd ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində verilib.
O iddia edib ki, İran regionda təsir dairəsini genişləndirməyə və Yaxın Şərqdə dominant mövqe əldə etməyə çalışırdı.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, İran tarixdə ilk dəfə regiondakı qonşu ölkələr qarşısında bu qədər zəif vəziyyətə düşüb.

20:02 07.03.2026
Oxunuş sayı: 49