Tramp İrana ömürlük yaxşılıq elədiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, münaqişəni dayandırmaq üçün tərəflər dəfələrlə razılığa yaxınlaşıb, lakin hər dəfə tərəflərdən biri geri çəkilib.
“Ukrayna və Rusiya – onların arasında bir növ dostluq olduğunu düşünərdiniz, amma əslində aralarında böyük bir nifrət var. Onların razılığa gəlməsi çox çətindir. Çox, çox çətindir. Görək bundan sonra nə olacaq”, – deyə o əlavə edib.
Tramp həmçinin bildirib ki, ABŞ bu münaqişədə birbaşa zərər görmür və ölkəni Avropadan okeanın ayırdığını vurğulayıb.
“Biz əslində uduzmuruq. Onlar uduzurlar. Bu, bizə çox təsir etmir, çünki bizi okean ayırır. Mən bunu Avropaya bir yaxşılıq kimi edirəm. Ömürlük”, – deyə Tramp qeyd edib.
19:30 07.03.2026
Oxunuş sayı: 55