Türkiyə "CNN"-i regionu təhrif etməkdə günahlandırdı
Türkiyə hakimiyyəti "CNN International" telekanalını yanlış xəritə dərc etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Ankara telekanalın Türkiyənin bəzi hissələrini və qonşu ölkələri əhatə edən sözdə kürd ərazilərini göstərən xəritə yayımlamasından sonra rəsmi açıqlama verib.
Türkiyə bildirib ki, bu cür materiallar regiondakı real vəziyyəti təhrif edir və süni gərginlik yarada bilər.
Açıqlamada vurğulanıb ki, müxtəlif etnik mənşəyə malik vətəndaşlar Türkiyə cəmiyyətinin ayrılmaz hissəsidir.
Rəsmi Ankara həmçinin qeyd edib ki, kürdləri siyasi və ya silahlı qruplarla eyniləşdirmək qəbuledilməzdir.
18:28 07.03.2026
Oxunuş sayı: 54