Dubay aeroportunda partlayış səsləri eşidilib
Dubay Beynəlxalq Hava Limanı yaxınlığında partlayışlar baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,ilkin ehtimallara görə, hadisə İrana məxsus pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlıdır.
Yerli mənbələr partlayış səslərinin eşidildiyini və hadisədən sonra müəyyən narahatlıqlar yarandığını bildirirlər. Hazırda rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib və zərərin miqdarı barədə məlumat yoxdur.
09:35 07.03.2026
Oxunuş sayı: 605