İsrail ordusu Tehrana yeni zərbələr endirdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehran ətrafında hərbi obyektlərə qarşı yeni hava zərbələri həyata keçirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində partlayış səsləri eşidilib. Bildirilir ki, partlayışlardan bəziləri Mehrabad International Airport yaxınlığında qeydə alınıb.
Yerli mənbələr hadisədən sonra çəkildiyi bildirilən görüntüləri də yayımlayıb. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
09:27 07.03.2026
Oxunuş sayı: 384