KİV: Rusiya ABŞ qüvvələrinə qarşı İrana məlumat ötürür
Rusiya ABŞ hərbçilərinə qarşı hücumların həyata keçirilməsi üçün İrana kəşfiyyat məlumatları təqdim edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, bu məlumatlar bölgədə fəaliyyət göstərən ABŞ qüvvələrinin yerləşdiyi mövqelər və hərəkətləri ilə bağlıdır. İddialara görə, əldə olunan kəşfiyyat məlumatlarından İran və ona bağlı qruplaşmaların istifadə edə biləcəyi ehtimal olunur.
Məlumatda qeyd olunur ki, belə əməkdaşlıq regionda gərginliyi daha da artıraraq ABŞ, Rusiya və İran arasında münasibətləri kəskinləşdirə bilər.
19:48 06.03.2026
Oxunuş sayı: 575