İmam cümə xütbəsini silahla oxudu
İranın Xorrəmabad şəhərində cümə imamı xütbəni qeyri-adi şəkildə oxuyub. Belə ki, imam hərbi forma geyinərək və əlində silah tutaraq cümə xütbəsi verib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Hadisə bölgədə təhlükəsizlik və hərbi gərginliyin artdığı bir vaxtda baş verib. İmamın bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
19:28 06.03.2026
Oxunuş sayı: 772