ABŞ: İranın 30-dan çox hərbi gəmisi məhv edilib
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper bildirib ki, hazırkı hərbi kampaniyanın başlanmasından indiyədək ABŞ qüvvələri İranın 30-dan çox hərbi dəniz gəmisini məhv edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, əməliyyatlar regionda təhlükəsizliyi təmin etmək və ABŞ qüvvələrinə qarşı mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıyır. Admiralın sözlərinə görə, əməliyyatlar davam edir.
19:06 06.03.2026
Oxunuş sayı: 432