Qətərin energetika naziri neftin qiymətinin 150 dollara qədər yüksəlməsini istisna etmir
Qətərin energetika naziri Səad bin Şərid Əl-Kəabi neftin qiymətinin 150 dollar səviyyəsinə qədər yüksəlməsini istisna etməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazir bildirib ki, əgər Hörmüz Boğazı vasitəsilə gəmiçiliyin bərpası təmin olunmasa, neft qiymətlərində ciddi artım iki-üç həftə ərzində baş verə bilər.
Əl-Kəabi həmçinin vurğulayıb ki, regional gərginlik və nəqliyyatın məhdudlaşması enerji bazarlarında təlatümlərə səbəb ola bilər.
16:57 06.03.2026
Oxunuş sayı: 477