İran raket hücumlarının yeni mərhələsini başladığını açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu “Ey Əli oğlu Hüseyn” kod adı altında “Ədalətli vəd-4” əməliyyatının 22-ci dalğasının başladığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində “Xorrəmşəhr-4”, “Xeybər” və “Fəttah” raketlərinin kütləvi atışları həyata keçirilib.
Əməliyyatın detalları və hədəflərlə bağlı əlavə məlumat verilməyib.
14:45 06.03.2026
Oxunuş sayı: 606