Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 600 hərbçi təhvil verilib
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Kiyevə 300 əsiri geri qaytarıb. Əvəzində Ukrayna Moskvaya 300 rusiyalı əsiri təhvil verib.
Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı razılaşma fevralın sonunda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub. Martın 5-də Moskva ilə Kiyev arasında “200-ün 200-ə" nisbətində əsir mübadiləsi aparılıb. Rusiya tərəfi mübadilənin ABŞ və BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyini açıqlayıb.(APA)
14:13 06.03.2026
Oxunuş sayı: 511