Dubayda yalnız 10 günlük məhsul qalıb
Dubayda təzə məhsulların ehtiyatı cəmi 10 günə kifayət edəcək.
Crossmedia.az xəbər verir ki, bunu logistika nəhəngi Kühne+Nagel şirkətinin baş direktoru Stefan Paul bildirib.
Onun sözlərinə görə, İranla müharibə qlobal təchizat zəncirlərinə ciddi təsir göstərir.
Qeyd olunub ki, hazırda qlobal hava yük daşımalarının təxminən 18%-i əlçatan deyil. Bu isə beynəlxalq logistika və məhsul daşınmasında ciddi problemlər yaradır.
Bildirilib ki, yaranmış vəziyyət dəniz gəmiçiliyinə də təsir edib və bəzi marşrutlarda daşımalar gecikmələrlə həyata keçirilir. Bu səbəbdən regionda məhsul təchizatı ilə bağlı risklərin artdığı qeyd olunur.
12:57 06.03.2026
Oxunuş sayı: 508