Telegraph: İranın raket ehtiyatı tükənir
İranın raket hücumlarının kəskin azalması ilə bağlı hesabat yayımlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Nəşrin yazdığına görə, bu azalma İranın ballistik raket ehtiyatlarının tükənməsi və raket buraxıcılarının məhv edilməsi ilə bağlı ola bilər.
Hesabatda qeyd olunur ki, ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində İranın yerüstü raket buraxıcılarının bir hissəsi sıradan çıxarılıb.
Bu səbəbdən Tehran son günlərdə 24 saat ərzində atdığı ballistik raketlərin sayını əhəmiyyətli dərəcədə azaldıb.
Nəşr ekspertlərə istinadən bildirir ki, münaqişənin ilk günlərində İran İsrailə qarşı ötən ilin iyununda baş verən 12 günlük müharibə ilə müqayisədə daha çox raket atmışdı. Lakin sonrakı günlərdə hücumların intensivliyi azalmağa başlayıb.
Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi ölkələr də İranın onlara qarşı istifadə etdiyi raket və dronların sayına dair gündəlik statistika yayımlayır.
Bu məlumatlara görə, müharibənin ilk iki günündə İran BƏƏ-yə gündə orta hesabla 58 ballistik raket atıb. Lakin dördüncü günə qədər bu rəqəm cəmi 10-a düşüb.
Müdafiə analitiki Kolbi Bedvar bildirib ki, hücumların bu şəkildə azalması İranın ballistik raket ehtiyatlarının tükənməyə başladığının ilkin əlamətlərindən biri ola bilər.
10:09 06.03.2026
Oxunuş sayı: 444