İran Britaniya bazasını vurub
Kiprdə yerləşən RAF Akrotiri aviabazasında dron zərbəsi nəticəsində hərbi anqarda dəlik yaranıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücumda İran istehsalı olan “Shahed-136” tipli pilotsuz uçuş aparatı istifadə olunub.
Zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin Lockheed U-2 kəşfiyyat təyyarələrinin saxlanıldığı anqarın örtüyü deşilib.
Hadisə yerindən yayılan görüntülərdə anqarın damında iri dəlik görünür. Zərbə nöqtəsinin ətrafında yanğın və ya güclü partlayış izləri müşahidə edilmir.
Bu isə dronun ya partlamadığını, ya da anqarın damını deşərək daxildə işə düşdüyünü ehtimal etməyə əsas verir.
Zərbə zamanı anqarın içərisində U-2 kəşfiyyat təyyarəsinin olub-olmadığı hələlik məlum deyil.
09:40 06.03.2026
Oxunuş sayı: 529