Tramp Netanyahunu əfv etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu Baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Tramp son bir ildə bu məsələnin həllini tapmamasını rüsvayçılıq adlandırıb.
“Hər gün Netanyahu ilə müharibə haqqında danışıram. İstəyirəm ki, o, məhkəmə işinə deyil, müharibəyə diqqət yetirsin. Ona yeganə təzyiqin İrana qarşı mübarizə olmasını istəyirəm”, - deyə o telefon müsahibəsində bildirib.
Ağ Ev rəhbəri iddia edir ki, Hersoq son bir il ərzində ona beş dəfə Netanyahunu əfv edəcəyini söz verib, lakin yerinə yetirməyib.
01:25 06.03.2026
Oxunuş sayı: 321