Putin QAZ İXRACINI DAYANDIRA BİLƏR
Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdən təchizat kəsintisi fonunda Avropaya qaz ixracını dayandırmaq imkanlarını istisna etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Eyni zamanda, o, Hindistan və Çinə enerji tədarükünü artırmaq niyyətindədir.
Belə vəziyyət Avropada ciddi enerji böhranına səbəb ola və ABŞ-dən daha baha qiymətə enerji idxalına gətirib çıxara bilər.
Bu da Avropa iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq.
Putin isə Avropanın 2027-ci ilə Rusiya enerjisindən asılılığı dayandırmaq planını nəzərə alaraq, bu addımı məntiqli hesab edir.
23:50 05.03.2026
Oxunuş sayı: 424