Fransa Prezidenti Hizbullah və İsraildən atəşkəs tələb edir
Fransa Prezidenti Emmanuel Makron Livanı müharibədən uzaqlaşdırmaq məqsədilə Ağ Ev rəhbəri Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və Livanın yüksək səlahiyyətli şəxsləri ilə danışıqlar aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Makronun məlumatına görə, Livanın dövlət orqanları ona Hizbullahın mövqeləri üzərində tam nəzarəti ələ keçirməyi planlaşdırdıqlarına dair təminat veriblər.
O, həmçinin İsraildən Livan ərazisinə zərbələrin və hər hansı quru müdaxiləsinin dayandırılması ilə bağlı zəmanət almağa çalışır.
“Hizbullah İsrailə doğru atəşi dərhal dayandırmalıdır. İsrail isə Livan ərazisində hər hansı irimiqyaslı əməliyyatdan çəkinməlidir”, – Makron bildirib.
23:35 05.03.2026
Oxunuş sayı: 415