Ərdoğan: Türkiyə İranın Naxçıvana dron hücumundan narahatdır
Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkil olunan iftar proqramında çıxışı zamanı deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını xatırladaraq onunla İranın Naxçıvana dron hücumunu müzakirə etdiyini bildirib.
Ərdoğan qeyd edib ki, İranın bölgə ölkələrinə aviazərbələri regional savaş təhdidini artırır.
22:03 05.03.2026
Oxunuş sayı: 386