İran Baş Qərargahı: Azərbaycandakı dron hadisəsinə görə İsrail məsuliyyət daşıyır
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycanda baş verdiyi bildirilən dron insidenti ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,rəsmi qurum hadisəyə görə İsraili məsuliyyət daşımaqda ittiham edib.
Bəyanatda qeyd olunub ki, sözügedən insidentin məqsədinin İranı günahlandırmaq və regionda gərginliyi artırmaq ola biləcəyi ehtimal edilir.
İran tərəfi hadisənin təfərrüatlarının araşdırıldığını bildirib. İsrail tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
17:45 05.03.2026
Oxunuş sayı: 450