Ermənistan-Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq ön plana çıxır - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərdə iqtisadi gündəm siyasi məsələlərdən önə çıxır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paşinyanın sözlərinə görə, bu yaxşı haldır, çünki siyasi proqramlar iqtisadi əməkdaşlığı dəstəkləyir.
Paşinyan 8 avqust hadisələrinin iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğulayıb və qeyd edib ki, yaxın gələcəkdə ticarət yalnız Azərbaycan məhsullarının Ermənistana idxalı ilə məhdudlaşmayacaq, həm də Ermənistan məhsullarının Azərbaycana ixracı baş verəcək.
Baş nazir həmçinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərini şərh edərək, prosesin tamamlanması üçün konkret vaxt çərçivəsinin hələ müəyyən edilmədiyini söyləyib.
16:15 05.03.2026
Oxunuş sayı: 475