Bərzani İranla bağlı bunu qadağan etdi
İraq Kürdüstan Bölgəsinin lideri Neçirvan Bərzani İranla ortaq sərhədlərlə bağlı rəsmi sərəncam verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sərəncamda bildirilir ki, İraq Kürdüstan Bölgəsinin ərazisindən İran istiqamətinə yönələn heç bir elementin sərhədi keçməsinə icazə verilməməlidir. Bu qərar rəsmi və yazılı formada təsdiqlənib və sərhəd nəzarətində tətbiq olunacaq.
Məlumata görə, qərarın məqsədi bölgədə təhlükəsizliyin təmin edilməsi və sərhəd vasitəsilə mümkün hərbi təxribatların qarşısının alınmasıdır.
16:13 05.03.2026
Oxunuş sayı: 461