SEPAH: İran Fars körfəzində ABŞ tankerini vurub
İran silahlı qüvvələri bu gün səhər Fars körfəzinin şimalında ABŞ tankerinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
"Raket Fars körfəzinin şimalında ABŞ tankerinə dəyib. Tanker bu gün səhər Fars körfəzinin şimalında SEPAH-ın dəniz piyadaları tərəfindən vurulub və hazırda yanır. Biz daha əvvəl bəyan etmişdik ki, beynəlxalq qanunlara və qərarlara uyğun olaraq, müharibə dövründə Hörmüz boğazından keçidə nəzarəti İran İslam Respublikası həyata keçirəcək", - məlumatda qeyd olunub.
11:51 05.03.2026
Oxunuş sayı: 478