İran Netanyahunun ofisinin vurulduğunu açıqladı
İran İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Həmidrza Moqaddəmfər məlumat verib.
Moqaddəmfərin sözlərinə görə, son günlər ərzində İran İsrail ordusunun Baş Qərargah binasına üç dəfə zərbə endirib. Bundan əlavə, Netanyahunun ofislərindən biri də hədəfə alınıb.
O bildirib ki, hücum nəticəsində İsrail baş nazirinin aparatında çalışan bir neçə yüksək vəzifəli əməkdaşın öldüyü iddia olunur.
Hadisə ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.
10:15 05.03.2026
Oxunuş sayı: 469