İrana quru hücumu iddiaları təkzib edildi
Son saatlarda bəzi mediada İranın şimal-qərbində mümkün silahlı insident barədə məlumatlar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, İraqdan minlərlə kürd silahlısının İran sərhədini keçərək quru hücumu həyata keçirdiyi iddia olunur.
Lakin İranın "Tasnim" xəbər agentliyi təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən bu məlumatları təkzib edib. Mənbənin sözlərinə görə, sərhəd tam nəzarət altındadır və yayılan xəbərlər regiondakı gərginlik fonunda aparılan informasiya əməliyyatlarının bir hissəsi ola bilər.
Oxşar açıqlama İran Kürdüstanı Demokrat Partiyasının (KDPI) yüksək rütbəli nümayəndəsi tərəfindən də verilib. Partiya rəsmisi İran ərazisinə quru hücumu ilə bağlı iddiaları əsassız adlandıraraq bu məlumatları rədd edib.
10:20 05.03.2026
Oxunuş sayı: 403