Türkiyə istiqamətində hərəkət edən İran raketi zərərsizləşdirilib
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "esmines" Türkiyədə yerləşən strateji aviabazaya doğru hərəkət etdiyi bildirilən İran raketini zərərsizləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, raket şərqi Aralıq dənizi üzərində vurulub. Rəsmi şəxslərin bildirdiyinə əsasən, raketin ehtimal olunan istiqaməti Türkiyənin cənubunda, Aralıq dənizi sahillərinə yaxın ərazidə yerləşən İncirlik Hava Bazası olub.
Qeyd olunur ki, İncirlik bazası uzun illərdir ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı əsas əməliyyat mərkəzlərindən biri kimi istifadə olunur.
ABŞ rəsmiləri insident nəticəsində bazaya və ətraf ərazilərə hər hansı ziyan dəymədiyini bildiriblər. İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
09:24 05.03.2026
Oxunuş sayı: 558