Pezeşkian region ölkələrinin liderlərinə müraciət edib
İran prezidenti Məsud Pezeşkian “X” sosial media hesabında açıqlama yayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, dost və qonşu ölkələrin dəstəyi ilə müharibədən qaçmağa çalışıblar. Lakin ABŞ və sionist rejimin hərbi hücumu onları özünü müdafiəyə məcbur edib.
Pezeşkian vurğulayıb ki, İran region ölkələrinin suverenliyinə hörmət edir və inanır ki, bölgədə sabitlik yalnız həmin ölkələrin təşəbbüsü ilə təmin oluna bilər.
01:30 05.03.2026
Oxunuş sayı: 459