Ərdoğan Türkiyəyə raket atılması ilə bağlı açıqlama verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti bu barədə hərbçilərlə olan iftar yeməyində deyib.
Onun sözlərinə görə, Türkiyə sözügedən hadisə barədə NATO müttəfiqləri ilə hər cür tədbiri görmək üçün çalışır:
"Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görür və dərhal lazımi müdaxiləni edirik".
Xatırladaq ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
22:05 04.03.2026
Oxunuş sayı: 535