KİV: Küveyt qırıcısı təsadüfən üç ABŞ təyyarəsini vurub
Martın 1-də baş vermiş hərbi insidentlə bağlı məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri açıqlama verib.
Üç Amerika istehsalı olan" F-15 Eagle" qırıcı təyyarəsi Küveyt Hərbi Hava Qüvvələrinə məxsus bir qırıcı tərəfindən təsadüfən vurulub.
Məlumata görə, bütün ABŞ pilotları vaxtında katapult edərək sağ qalıblar. Onların vəziyyəti barədə əlavə məlumat verilməyib.
Keçmiş hərbi rəsmilər qeyd ediblər ki, hadisə dost atəşi kimi qiymətləndirilir.
Bu termin silahlı qüvvələrin səhvən düşmən hədəfi əvəzinə müttəfiq və ya dost qüvvələrinə zərbə endirməsi halını ifadə edir.
21:01 04.03.2026
Oxunuş sayı: 562