Qazaxıstanda enerji nəhənginə MİLYONLARLA DOLLARLIQ CƏRİMƏ
Qazaxıstan hakimiyyəti Qaraçaqanak yatağının operatorunu 4 milyon dollar məbləğində cərimələyib.
Qərar planlaşdırılmamış yoxlamadan sonra qəbul edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yoxlama nəticəsində istehsalçının 2024-cü ildə icazə verilən çirkləndirici emissiya limitini və çirkab sularının axıdılması normasını aşdığı müəyyən olunub.
Qərbi Qazaxıstan Vilayətinin Ekologiya Departamenti bildirib ki, cərimənin könüllü ödənilməsi üçün nəzərdə tutulan müddət hələ başa çatmayıb.
Qaraçaqanak yatağının operatoru olan "Karachaganak Petroleum Operating B.V." beynəlxalq enerji şirkətlərinin birgə müəssisəsidir. Şirkətin səhmdarları arasında Eni (29.25%), Shell (29.25%), Chevron (18%), Lukoil (13.5%) və KazMunayGas (10%) yer alır.
Şirkət dünyanın ən böyük qaz-kondensat yataqlarından biri hesab olunan Qaraçaqanak yatağının işlənməsini həyata keçirir.
20:50 04.03.2026
Oxunuş sayı: 602