İran səfiri Türkiyə XİN-ə çağırılıb
Türkiyə İranın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, görüş zamanı İran tərəfindən atıldığı bildirilən ballistik raket insidenti ilə bağlı Ankaranın etirazı və narahatlığı səfirə çatdırılıb.
Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, İran ərazisindən buraxılan və Türkiyə hava məkanına doğru istiqamətlənən ballistik raket Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Hadisə regionda gərginliyin artdığı bir vaxtda baş verib.
20:05 04.03.2026
Oxunuş sayı: 542