ABŞ: İrana qarşı əməliyyat davam edəcək
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İrana qarşı hərbi əməliyyatlar “lazım olduğu qədər” davam etdiriləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazirin sözlərinə görə, ABŞ və İsrail yaxın günlərdə İranın hava məkanı üzərində tam nəzarəti ələ keçirməyi planlaşdırır. O vurğulayıb ki, son bir neçə gündə baş verənlər əməliyyatın yalnız başlanğıcıdır.
Heqset həmçinin qeyd edib ki, ABŞ-ın kifayət qədər və “limitsiz” hava bombası ehtiyatı mövcuddur.
Nazir əlavə edib ki, ABŞ beynəlxalq sularda İran gəmisini batırıb və bu hadisə İkinci Dünya Müharibəsindən bəri ilk belə hal kimi qiymətləndirilir.
17:53 04.03.2026
Oxunuş sayı: 541