Kürd silahlı qrupları İranın qərbində üsyan başlada bilər
İranın qərb bölgəsində fəaliyyət göstərən kürd milisləri İran təhlükəsizlik qüvvələrini yayındırmaq və daha genişmiqyaslı üsyan başlatmaq məqsədilə hərəkətə keçə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN International" məlumat yayıb.
Məlumata əsasən, bu üsyanı ABŞ və İsrailin dəstəkləyəcəyi ehtimal olunur.
Mənbələr bildirir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Tahrana qarşı üsyanı təşviq etmək üçün İranlı kürd qruplarını silahlandırma variantını qiymətləndirir.
Buna baxmayaraq, rəsmilər vurğulayır ki, bu qruplar öz aralarında bölünmüşdür və rejimi devirmək üçün kifayət qədər resurslara sahib olmaya bilərlər.
17:28 04.03.2026
Oxunuş sayı: 504