Yunanıstanın qırıcıları Kiprdə yerləşdirildi
ABŞ, İsrail və İran arasında artan hərbi gərginlik fonunda Yunanıstana məxsus F-16V Viper qırıcı təyyarələri Kiprdəki Pafos aviabazası ərazisinə yerləşdirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu addım regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır. Rəsmi Afina və Nikosiya yerləşdirmənin müdafiə xarakterli olduğunu vurğulayır.
16:32 04.03.2026
Oxunuş sayı: 504