ABŞ senatoru: Tramp ABŞ-ni sonsuz müharibəyə sürükləyir
ABŞ senatoru Ed Markey prezident Donald Trampı İranla bağlı siyasətinə görə sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senator bildirib ki, o, İranla bağlı keçirilən gizli brifinqdən yeni çıxıb və təqdim olunan məlumatlar artıq ictimaiyyətə məlum olan faktları təsdiqləyib. Markeyin sözlərinə görə, Tramp qanunsuz müharibə aparır və bunu dayandırmaq üçün heç bir planı yoxdur.
“Bu gün o, İrana hücum etdiyimizi dedi, çünki guya əvvəlcədən xəbəri var idi. Amma biz həqiqəti bilirik”, – deyə senator vurğulayıb.
Markey həmçinin Trampı İranın nüvə və raket potensialı barədə yalan danışmaqda ittiham edib. Onun fikrincə, bu siyasət ABŞ-ni Yaxın Şərqdə yeni və uzunmüddətli müharibəyə sürükləyir.
Senator əlavə edib ki, prezident tam nəzarətdən çıxıb və onun qərarları nəticəsində artıq amerikalılar həyatını itirib.
15:16 04.03.2026
Oxunuş sayı: 492