X süni intellektlə hazırlanmış müharibə videolarına qarşı tədbir görür
X platforması ABŞ, İsrail və İran arasında davam edən müharibə fonunda süni intellekt vasitəsilə hazırlanmış videoların məlumat dürüstlüyünə ciddi təhdid yaratdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Platformanın yaydığı məlumata görə, silahlı münaqişələrlə bağlı süni intellekt tərəfindən yaradılmış materialları bu barədə açıq qeyd etmədən paylaşan kontent yaradıcılarına qarşı sanksiyalar tətbiq olunacaq.
Qərara əsasən, belə paylaşımlar edən istifadəçilər 90 gün müddətinə gəlir bölüşdürülməsi proqramından kənarlaşdırılacaqlar.
Şirkət bildirib ki, məqsəd dezinformasiyanın qarşısını almaq, istifadəçiləri manipulyativ və saxta məzmundan qorumaq, həmçinin platformada məlumatın şəffaflığını və etibarlılığını təmin etməkdir.
15:06 04.03.2026
Oxunuş sayı: 455