Tehran gərgin mesajlar göndərir — regionda narahatlıq artır
İranın birinci vitse-prezidenti Məhəmməd Möhber bəyan edib ki, İran zərurət yaranarsa, müharibəni davam etdirməyə hazırdır və ABŞ ilə danışıqlar aparmaq niyyətində deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, ölkəsinin tarix və sivilizasiya ənənələrinə istinad edərək İranın müharibədən qorxmadığını və lazım gələrsə, döyüşü davam etdirməkdən çəkinməyəcəyini bildirib. Möhber bu fikirləri İranın İraq ilə keçmiş 8 illik müharibəsinə toxunaraq səsləndirib.
12:40 04.03.2026
Oxunuş sayı: 465